Suraxanıda ucuz həyət evi satıram
Ətraflı
Yerləşdiyi yer: Suraxanı d/y st-nın yaxınlığında. (5 dəq. piyada məsafə)
84 nömrəli avtobus marşrutunun son dayanacağı. Əlverişli nəqliyyat xətlərinin birləşdiyi yerdə (231, 329, 77, 341 və.s)
Ev haqqında: 100 kv.m ümumi sahəyə malik 2 geniş otaq (hər biri 25 kv.m olmaqla), böyük xoll və mətbəxi (mətbəx mebeli sifarişlə yüksək keyfiyyətli materialdan hazırlanmışdır), pəncərələri plastik (dəmir barmaqlıqlarla), dəmir qapı seyf, iki ədəd peyk anteni (Rusiya və Türkiyə kanalları üçün), yeni şifer-paket dam örtüyü (tavan istiliyin saxlanılması üçün xüsusi torpaqla izolyasiya edilib), kondisioner (70-85 kv.m), bütün santexnika (mətbəxin su və qaz təminatı üçün) işləri xüsusi rahatlığa hesablanaraq hazırlanıb, evin həyətində də olmaqla bərabər evin içərisində ailə üzvləri üçün yenicə təmir olunmuş 12 kv.m-lik geniş hamam-tualeti (kafel-metlax və aksessuarlar Türkiyə istehsalı, Termet su qızdırıcısı və qidrofon) var. Ev tamamilə iki ayrı kanalizasiya xəttinə qoşulub (geniş diametrli turbalardan çəkilən bu kanalizasiyalarda tıxac probleminin qarşısı birdəfəlik alınıb)
Telefon və yüksəksürətli ayrıca internet xətti açılıb.
Həyət haqqında: daş hasara alınmış 3 sot torpaqda meyvə ağacları və dekorativ bitkilərlə bərabər bir sıra ölkələrdən gətirdiyim tyulpan və qızılgül kolları var. Həyətdə tikilmiş lakin, tamamlanmamış hamam-tualet kanalizasiya xəttinə qoşulub, metlax vurulub. Burada paltar soyunub-geyinilən yer və həmçinin bir sıra əşyaların saxlanılması üçün ayrıca tikilimiş kladovka mövcuddur. Bundan əlavə işlək vəziyyətdə samovarlı əlavə bir hamam-tualeti, 2 tonluq və əlavə 500 litrlik 2 ədəd su çəni və su motoru vardır.
Sənədləri tam qaydasındadır, torpağın sərəncamı və evin qiymətləndirmə Aktı var.
Məbləği ödənilməklə Kupça çıxartmağa da kömək edə bilərəm.
Mehman.
Axtarış kəlimələri: ev alqı-satqısı, həyət evi, suraxanı, tam şəraitli, təcili, təmirli, ucuz ev
Baxılıb:




