QAYDALAR
Zəhmət olmasa elan göndərməmişdən əvvəl aşağıdakı qaydalarla tanış olun.
Elanların qəbul olunması üçün başlıca şərtlər.
1. Elan tam Azərbaycan şriftində yazılmalıdır. (ə,ğ,ö,ü,ç,ş,ı) Hərflərdən istifadə olunmalıdır.
2. Elan ətraflı yazılmalıdır. Satdığınız daşınmaz əmlak tam izah edilməlidir. (Ən azı 3-4 cümlə ilə)
3. Elanlarda əlaqə vasitəsi kimi telefon nömrəsi yazılmalıdır. Ancaq e-mail yazılan elanlar qəbul olunmur.
4. Elan başlığında satdığınız əmlakın adı qısa olaraq yazılmalıdır. (məs. Bakıda 2 otaqlı mənzil satıram.)
5. Axtarış kəlimələri- elana uyğun axtarış kəlimələrinin daxil edilməsi sizin elanın axtarış sistemlərindən daha tez tapılmasına səbəb olur.
6. Qiymət yazarkən AZN vəya $ olduğu dəqiq qeyd olunmalıdır.
7. Elan yazarkən ancaq böyük hərflərdən istifadə etmək olmaz.
8. Əlaqə nömrəsi və qiyməti təkrar olaraq elanın mətninə yazmaq olmaz.
Aşağıdakı səbəblər sizin elanların pozulmasına və istifadəçi adınız ləğv edilməsinə səbəb ola bilər
1. Yuxarıdakı qaydalara riayət etməmək
2. Göndərilmiş elanı yenidən göndərmək. Nəzərə alın ki,elanlar dərc olunmamışdan əvvəl yoxlanılır.Elanınızın ön səhifədə müəyyən müddətə və ya daimi qalmasını istəyirsinizsə, VİP Elan bölməsini oxuyun.
3. Yeni elan göndərərkən,elanın saytda çıxmadığını görüb dəfələrlə göndərmək. Elan daxil edildikdən sonra,saytın yuxarı hissəsində,yaşıl rəngdə, aşağıdakı mesaj görünür, elan dərc olunanadək bir az səbli olmağınız xahiş olunur.
Təşəkkür edirik! Sizin elan əlavə edildi. Elana baxış keçirildikdən sonra saytda dərc olunacaq. Əgər əlavə etdiyiniz elan QAYDALARA uyğun deyilsə dərc olunmadan pozulacaq.
4. Saytdan elan əvəzinə reklam məqsədi ilə istifadə etmək. Elanla reklamın fərqi çox asanlıqla ayırd olunur.Reklam yerləşdirmək üçün REKLAM bölməsindəki e-mail adresinə müraciət edin
5. Qeyri-mədəni, vulqar istifadəçi adı ilə qeydiyyatdan keçmək
Yuxarıda qaydalara əməl olunması sizin elanın bir neçə dəqiqə için dərc olunmasına kömək edəcək.
Təşəkkür edirik!

