Xoş gəlmisiniz! [ Qeydiyyat | Daxil Ol ]  
Elan Göndər!

VIP ELAN

VIP Elan artıq xidmətinizdədir.

VİP elan nədir?

Siz elan əlavə edərkən “Şəkil Əlavə Et “  formasının aşağısında seçim edə biləcəksiniz. Yəni əgər siz elanın 15 gün müddətində Ön Səhifədə qalmağını istəyirsinizsə  $10 ( 1 gün -60 sent ) ödəməlisiniz,yox əgər istəmirsinizsə,sadəcə həmin bölməyə “işarə” qoymayın və sizin elan adi qaydada əlavə ediləcək.

VİP elan nəyə görə lazımdır?

Elanlar.AzerEstate.com saytına ay ərzində 15.000 – 20.000 internet istifadəçisi daxil olur. Lakin bu internet istifadəçiləri digər daşınmaz əmlak saytlarından fərqli olaraq təsadüfi istifadəçilər deyil. Çunki saytın istifadəçilərinin  65 % dən çoxu axtarış sistemləri vasitəsilə daxil olur. Bu da onu bildirir ki, bu istifadəçilər daşınmaz əmlak alqı-satqısında bilavasitə maraqlıdırlar.Aşağıda Google Analytics hesabından götürülmüş şəkildə siz sayta daxil olan istifadəçilərin statistikası ilə aydın tanış ola bilərsiniz.

Şəkillərdən aydın göründüyü kimi,sayta daxil olan istifadəçilərin 65,14 % – i axtarış sistemlərindən daxil olur (Google,yahoo və Bing) , qalan 18,43 % referral saytlardan ( yəni digər saytlardan) , 16,32 %  birbaşa və 3 % -i digər vasitələrdən (e-mail və sairə) .

Sayta daxil olan istifadəçilərin saytı 1 dəqiqəyə tərk etmə faizi 30,32 dir ki, bu da bir çox saytların nail olmaq istədiyi faiz nisbətidir. Qalan istifadəçilərin hər birinin saytda qalma vaxtı isə,şəkildən də göründüyü kimi 10 dəqiqə 30 saniyədir və bu da çox əla göstəricidir. Sayta yeni,yəni 1-ci dəfə daxil olanların faiz nisbəti  60,32 % dir ki,bu da sayta daha çox yeni istifadəçilərin daxil olmasını göstərir.Axtarış sistemindən daxil olanların faiz nisbəti çox olduqda,yeni istifadəçilərində faiz nisbəti çox olur.

Elanı necə VİP edə bilərəm ?

Bunu etmək üçün sizə 5 dəqiqə vaxt lazımdır. İlk əvvəl saytda qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra İstifadəçi adı və Parolu istifadə edərək sayta hesabınıza daxil olun. Bundan sonra “Elan Göndər” üzərinə basın və elan göndərmək üçün forma açılacaq. Lazım olan detalları doldurduqdan sonra “Şəkil əlavə et”  formasının altında ” VİP Elan $10″ bölməsini qeyd edin və  Əlavə edin,bundan sonra növbəti səhifədə sizin elanın artıq bazamıza daxil olduğu və ödəniş olunmağı xahiş olunacaq. Əgər 24 saat ərzində ödəniş olunmazsa,sizin elan adi elan kimi saytda dərc olunacaq.

VİP elan üçün ödənişi necə edəcəm?

Hal-hazırda VİP elanlar üçün ödəniş Paypal Onlayn ödəmə sistemi vasitəsi ilə həyata keçirilir. Paypal sistemində qeydiyyat keçib ödənişi necə edəcəyiniz haqqında bilikləri burdan oxuya bilərsiniz. Ödəniş vasitəsi kimi paypal – ı seçməyimiz , Paypal sisteminin daha təhlükəsiz və sürətli olmasıdır. Lakin yaxın gələcəkdə Plastik kart və mobil telefonlar vasitəsilə ödəniş funksiyaları da əlavə ediləcək.

Elan əlavə etməzdən əvvəl mütləq QAYDALARLA tanış olun. Əgər sizin saytda artıq dərc olunmuş elanınız varsa və onu VİP elan etmək istəyirsinizsə, o halda elanı yenidən göndərməyə ehtiyac yoxdur,sadəcə ƏLAQƏ bölməsi vasitəsi ilə bizə müraciət edin.